Çərşənbə axşamı , Aprel 20 2021
Home / Digər / Araşdırma / Vulkan palçığından səmərəli istifadə ilə bağlı təkliflər hazırlanıb

Vulkan palçığından səmərəli istifadə ilə bağlı təkliflər hazırlanıb

Azərbaycanda vulkan palçıqlarından səmərəli istifadə olunması üçün təkliflər hazırlanıb.

Təkliflərdən biri vulkan palçıqlarının müalicəvi xüsusiyyətlərinin təsdiq olunması ilə bağlıdır. Bütün vulkan palçıqlarının kimyəvi, üzvü tərkibi fərqli olduğundan və hər birindən müalicə məqsədilə istifadə edilmədiyindən müalicə məqsədilə istifadə üçün nəzərdə tutulan vulkan palçıqlarının analizi aparılmalı, hansı xəstəliklərin müalicəsində tətbiqi müəyyən edilməlidir.

Təkliflərə əsasən, Abşeron sanatoriyalarında vulkan palçığı ilə müalicə təşkil edilə bilər. Hazırda Kurort Səhmdar Cəmiyyətinin tabeliyində olan “Qaranquş” sanatoriyasında vulkan palçıqlarından qismən istifadə olunur. Abşeron sanatoriyalarında vulkan palçığından kompleks istifadə olunması üçün maddi texniki bazanın mövcudluğu bu imkanlardan yararlanmağa şərait yaradır.

Digər təklifə əsasən, Abşeronda vulkan palçığına əsaslanan ixtisaslaşdırılmış sanatoriya tikilə bilər. Belə bir sanatoriyanı müalicəvi xüsusiyyətləri daha üstün olan Daşgil palçıq vulkanın bazasında təşkil etmək mümkündür. Eyni zamanda, Zığ, Masazır palçıqlarından istifadə etməklə kompleks müalicə xidməti göstərən sanatoriyaların tikintisi iqtisadi cəhətdən səmərəli olar.

Həmçinin oxuyun

Yer kürəsində neftin tükənəcəyi tarix açıqlandı

Yer kürəsinin yeraltı enerji resursları artıq 50 il sonra bitəcək. MEDİAKTİV.AZ “The Paper”ə istinadən xəbər verir …