Cümə axşamı , İyun 17 2021
Home / Digər / AVRO-2020-nin Bakıdakı oyunlarının biletləri satışda

AVRO-2020-nin Bakıdakı oyunlarının biletləri satışda

Bu gündən etibarən AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılıb.

MEDIAKTIV.AZ xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Biletlərin qiymətləri 60, 150 və 250 manatdır.

Satış məntəqələri isə bunlardır:

KASSAÜNVAN
Köşk №1M.Rəsulzadə 3., Bakı,
Köşk №2Bülbül prospekti, Nizami küç., Bakı
Köşk №3Üzeyir Hacıbəyov küç.69x, Bakı
1 saylı “ASAN xidmət” mərkəziHəsən Əliyev küç.36, Bakı
2 saylı “ASAN xidmət” mərkəziNobel prospekti 23, AMAY T.M., Bakı
3 saylı “ASAN xidmət” mərkəziAbbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı

Biletləri, eyni zamanda, http://www.iticket.az/2020 keçidi vasitəsilə də almaq mümkündür.

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunların təqvimini:

A qrupu

12 iyun, saat 17:00

Uels – İsveçrə

16 iyun, saat 20:00

Türkiyə – Uels

20 iyun, saat 20:00

Türkiyə – İsveçrə

1/4 final mərhələsi

3 iyul, saat 20:00

AVRO-2020 ilə bağlı ən son yeniliklərdən dərhal xəbərdar olmaq üçün aşağıda göstərilmiş keçidlərdən istifadə etməklə UEFA-nın xüsusi tətbiqini yükləyə bilərsiniz:

İOS istifadəçiləri üçün:https://apps.apple.com/az/app/

Android istifadəçiləri üçün:https://play.google.com/store/apps/

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Milli Məclisin xüsusi iclası keçiriləcək. MEDIAKTIV.AZ-ın …