Cümə , Dekabr 6 2019
Home / Digər / Aya gedəcək ilk şirkət səfərə hazırlaşır

Aya gedəcək ilk şirkət səfərə hazırlaşır

    NASA-nın Aya insanlı uçuşları kəsməsinin ardından Çinlilər də qısa müddət əvvəl Aya robot göndərməyi bacarmışdı ancaq ilk dəfə bir xüsusi şirkət, Aya kosmos gəmisi endirmək üzrə hazırlıqlarını tamamladı və icazələrini də aldı.

   Ayda mədənçilik etməyi planlaşdıran şirkətin ilk addımı, 2017 içində Aya bir kəşf robotu endirməkdir. Moon Express adlı şirkət bu əməliyyat üçün lazımlı olan 45 milyon dollarlıq fondu da yığmış vəziyyətdədir.

   Bundan başqa, Google-un çıxardığı “Lunar X Prize” yarışması da büdcəsinin ən azı 90%-i xüsusi fondlardan ibarət bir vasitəsini 31 dekabr 2017 ci ilə qədər Aya endirən ilk şirkətə 20 milyon dollar mükafat vəd edir. Beləcə Moon Express 2017 içində Aya enməyi bacarsa, Google-dan da 20 milyon dollar alacaq.

Aya səfərlər yenidən başlayır

   Moon Express’in inkişaf etdirdiyi ay robotu MX-1E’i dünyadan orbitə çıxaracaq Elektron adlı raket də bu səfər əsnasında ilk dəfə sınanacaq. Yüksək itələmə gücü və aşağı xərcləri ilə orbitə kiçik yükləri çıxarmaq üçün praktik bir raket olaraq həyata keçəcək olan Elektron müvəffəqiyyətli olsa, dünyadan orbitə çıxmaq istəyənlər yeni bir raketə qovuşmuş olacaq.

   Elektron raketi ilə dünya orbitinə çıxacaq olan MX-1E isə burada roketten ayrılacaq və öz mühərrikləri ilə 4 gün davam edəcək səfər sonunda Aya eniş edəcək. Ayda torpaq analizləri alıb fotolar çəkəcək və mədən çıxarmaq üçün ideal nöqtələri təsbit etməyə çalışacaq olan robot, yaxın gələcəkdəki mədən əməliyyatları üçün hazırlıq edəcək.

www.techinside.com

Həmçinin oxuyun

Məktəblərdə YENİ fənn – MOTİVASİYA

Bu dəfəki mövzumuz təhsil ilə bağlıdır. MediAktiv.Az big.az-a istinadən bildirib ki,çoxlarımız təhsilin həyatımızdakı əvəzolunmaz rolunu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir