Bazar , Sentyabr 19 2021
Home / Digər / Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimdə iştirak edəcək

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimdə iştirak edəcək

Mayın 24-də Türkiyə Respublikasının Konya şəhərində başlayacaq “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız iştirak edəcək.

Bu barədə MEDIAKTIV.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.

Təlim iyunun 4-dək davam edəcək.

Həmçinin oxuyun

Əmək vizası kimlərə verilir?

Qanunvericiliyə əsasən əmək vizası Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan …