Bazar , Aprel 18 2021
Home / Digər / Azərbaycan İstanbulda beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edəcək

Azərbaycan İstanbulda beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edəcək

Mayın 25-dən 28-dək Türkiyənin İstanbul şəhərində Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-2021) keçiriləcək.

MEDIAKTIV.AZ xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Dünyanın müdafiə sənayesi sektorda qabaqcıl sərgilərindən olan IDEF-2021-ə indiyədək 148 ölkədən 341 heyətə və 352 heyət üzvünə dəvət göndərilib.

Azərbaycanın da iştirak edəcəyi sərgiyə ABŞ, Albaniya, Almaniya, Argentina, Avstraliya, Bəhreyn, Banqladeş, Boliviya, Bosniya və Herseqovina, Braziliya, Cənubi Afrika Respublikası, Çili, Çin, Ekvador, Əfqanıstan, Əlcəzair, Filippin, Fransa, Hindistan, İndoneziya, İngiltərə, İspaniya, İsveç, İsveçrə, İtaliya, İraq, Yaponiya, Kanada, Qətər, Qazaxıstan, Keniya, Kolumbiya, Cənubi Koreya, Küveyt, Liviya, Macarıstan, Malayziya, Meksika, Nigeriya, Özbəkistan, Pakistan, Peru, Rusiya, Seneqal, Somali, Səudiyyə Ərəbistanı, Şimali Kipr Türk Respublikası, Tunis, Türkmənistan, Oman, Uqanda, Ukrayna, Vyetnam və Yunanıstandan olan heyətlər qatılacaq.

IDEF-2021-də müdafiə sənayesi sahəsinin yerli və əcnəbi peşəkarları, Türkiyənin istehsalat qurumları və qonaq heyətlər arasında görüş fürsəti yaradacaq. Türkiyə rəsmi şəxsləri ilə əcnəbi şirkət nümayəndələri və heyətlər arasında qurulacaq təmasların eyni zamanda regional və qlobal sülhə töhfə verəcəyi vurğulanıb.

Həmçinin oxuyun

ABŞ-ın 8 məmurunun Rusiyaya girişinə qadağa qoyulub

Rusiya 8 ABŞ məmuruna ölkəyə girişə qadağa qoyub.  MEDİAKTİV.AZ Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata …