Cümə , Aprel 23 2021
Home / Digər / Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb

Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb.

MEDIAKITV.AZ xəbər verir ki, təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər.

Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunacaq.

Təlimlər aprelin 8-dək davam edəcək.

Həmçinin oxuyun

Hindistanda koronavirusa yoluxma və ölüm sayı rekord vurub

Hindistanda koronavirusa gündəlik yoluxma və ölüm hallarında ən yüksək göstəricilər qeydə alınıb. MEDIAKTIV.AZ-ın məlumatına görə, …