Çərşənbə , May 12 2021
Home / Digər / Azərbaycan vətəndaşları Türkiyəyə köhnə nəsil şəxsiyyət vəsiqələri ilə gedə bilməyəcəklər

Azərbaycan vətəndaşları Türkiyəyə köhnə nəsil şəxsiyyət vəsiqələri ilə gedə bilməyəcəklər

“Azərbaycan və Türkiyə arasında baş tutacaq nota mübadiləsindən sonra, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş vaxtı açıqlanacaq”.

MEDIAKTIV.AZ-ın xəbərinə görə, bunu Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Mürşüd Məmmədov REAL TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, səyahət zamanı köhnə nəsil şəxsiyyət vəsiqələri etibarlı olmayacaq: “Yəni vətəndaşlar içərisində elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə səyahət edə biləcəklər. Hesab edirəm ki, proses hər iki ölkə vətəndaşlarının işini asanlaşdıracaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanunu imzalayıb. Qanun Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur.

Həmçinin oxuyun

Prezident “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir

Prezident İlham Əliyev “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir. MEDIAKTIV.AZ xəbər verir ki, bu …