Cümə , Aprel 23 2021
Home / Digər / Azərbaycanda daxili turizm üçün rezervasiya platforması yaradılır

Azərbaycanda daxili turizm üçün rezervasiya platforması yaradılır

Dövlət Turizm Agentliyi yanında “Azərbaycan Turizm Bürosu” daxili turizm üçün rezervasiya platformasının yaradılması üçün açıq tender elan edib.

MEDİAKTİV.AZ xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 6-sı, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 14-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (012) 505-87-04 (daxili: 2303); (051) 229-60-77.

Nəticələr aprelin 15-də, saat 12:00-da Portalda açıqlanacaq.

Həmçinin oxuyun

Hindistanda koronavirusa yoluxma və ölüm sayı rekord vurub

Hindistanda koronavirusa gündəlik yoluxma və ölüm hallarında ən yüksək göstəricilər qeydə alınıb. MEDIAKTIV.AZ-ın məlumatına görə, …