Bazar ertəsi , Oktyabr 26 2020
Home / Digər / Azərbaycanda hərbi xidmətə yanvar çağırışı başa çatıb

Azərbaycanda hərbi xidmətə yanvar çağırışı başa çatıb

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncama uyğun olaraq yanvarın 1-dən başlanmış növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb.

MediAktiv.az  xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi ay ərzində müvəffəqiyyətlə yekunlaşdırılıb.

Azərbaycanın bütün şəhər və rayonlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə, şöbə və bölmələrinin şəxsi heyətinin, ictimaiyyətin, hüquq mühafizə orqanları, şəhər və rayon icra hakimiyyətləri, kütləvi informasiya vasitələri nümayəndələrinin, ziyalıların, ağsaqqalların, şəhid ailələri üzvlərinin, veteranların və valideynlərin iştirakı ilə keçirilən yolasalma mərasimləri əsl bayram təntənəsinə çevrilib. Çağırışçılar həqiqi hərbi xidmətə mütəşəkkilliklə və böyük ruh yüksəkliyi ilə yola düşüblər.

Həmçinin oxuyun

Gələn il hansı rənglər dəbdə olacaq?

Hər bir zövqlü xanım çalışır ki, dəblə ayaqlaşsın. Yeni trendlərdən dərhal xəbərdar olsun və onu …