Çərşənbə , İyul 1 2020
Home / Digər / Azərbaycanda universitetdən möhtəşəm addım – Təhsil haqqını ödəyə bilməyən tələbə üçün görün nə etdilər?

Azərbaycanda universitetdən möhtəşəm addım – Təhsil haqqını ödəyə bilməyən tələbə üçün görün nə etdilər?

Bakı Slavyan Universitetində  təhsil haqqını ödəyə bilməyən tələbə üçün bütün heyət səfərbər olub.

Mediaktiv.az A24.Az-a istinadən xəbər verir ki, ailəsinin maddi imkanı çox aşağı olan tələbənin təhsil haqqını ödəmək üçün universitet heyəti kampaniya təşkil ediblər. Tələbələr evdə bişirdikləri şirniyyat və müxtəlif ləvazimatların xeyriyyə məqsədilə satışını həyata keçiriblər və yığılan pullarla tələbənin təhsil haqqını ödəyiblər.

Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova A24.Az-a açıqlamasında qeyd edib ki, tələbə təhsilində uğurlu olduğu üçün universitet onun təhsilini yarımçıq qoymasına razı olmayıb. “Universitet heyəti və universitetin nəzdində fəaliyyət göstərən Tələbə Xeyriyyə Fondu ilə birlikdə belə bir xeyriyyə kampaniyası təşkil etdik. Tələbənin adı gizli saxlanılır. Xeyriyyə kampaniyasında iştirak edənlərin heç biri onun adını bilmir. Atası xəstəxanadadır, anası isə ikinci qrup əlildir. Ailənin maddi vəziyyəti  çox ağır olduğundan təhsil haqqını ödəyə bilmirdi. Təşkil etdiyimiz xeyriyyə kampaniyasında tələbələr bir nəfər kimi iştirak etdilər. Kimin gücü nəyə çatırdı açıq satış üçün gətirmişdi. Verilən pullarla isə tələbənin təhsil haqqı ödənildi və qəbz maliyyə şöbəsinə təqdim edildi”.

Həmçinin oxuyun

Avropa İttifaqı 14 ölkə ilə sərhədləri açacaq

Avropa İttifaqı iyulun 1-dən etibarən 14 ölkə ilə sərhədlərin açılması prosesinə başlayacaq. MediAktiv.az-ın məlumatına görə, …