Cümə , İyul 23 2021
Home / Digər / AZAL-da ilk qadın pilotlar işə başlayıb

AZAL-da ilk qadın pilotlar işə başlayıb

“Azərbaycan Hava Yolları” aviaşirkətində ilk qadın pilotlar işə başlayıb.

Bu xanımlar uzun və çətin bir yol keçdilər: bu peşənin əsaslarını Azərbaycan Milli Aviasiya Akademiyasında öyrəndilər, bütün imtahanları əla qiymətlərlə verdilər və yekun praktik sınaqlardan uğurla keçdilər.

Bu gün bu gözəl qadınlar hava gəmilərində daxili və beynəlxalq uçuşları həyata keçirən AZAL-ın yüksək səviyyəli pilotlarıdır.

Biz həmkarlarımızla fəxr edir və onlara hər zaman açıq səma və yumşaq enişlər arzu edirik!

Həmçinin oxuyun

Türkiyə daha bir helikopterin kütləvi istehsalına başlayacaq

Türkiyə Milli Müdafiə Sənayesinin ulduzu sayılan “GÖKBEY” Kommunal Helikopteri Dizayn Təşkilatından lisenziya alıb. MEDIAKTIV.AZ xəbər verir …