Çərşənbə , May 12 2021
Home / Digər / Bağışlama müqaviləsi dedikdə nə nəzərdə tutulur?

Bağışlama müqaviləsi dedikdə nə nəzərdə tutulur?

Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

Sualı Naxçıvan Muxtar Respubli­ka­sı­nın İnsan Hüquqları üzrə Mü­vək­ki­linin (Ombudsmanın) əməkdaşı cavablandırır.

Həmçinin oxuyun

2022-ci ilin “Dakar” ralli-marafonu keçiriləcək yer açıqlanıb

2022-ci ildə “Dakar” ralli-marafonu 2-14 yanvar tarixlərində Səudiyyə Ərəbistanında keçiriləcək. MEDIAKTIV.AZ TASS-a istinadən xəbər verir ki, …