Bazar ertəsi , Fevral 22 2021
Home / Digər / Bakı-Naxçıvan aviareyslərinin sayı artırılır

Bakı-Naxçıvan aviareyslərinin sayı artırılır

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, fevralın 1-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını gündə 3 dəfəyə qədər artıracaq.

MEDIAKTIV.AZ bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, reyslər aşağıdakı cədvəl üzrə həyata keçiriləcək:

– Bakıdan uçuş saat 08:00, 13:40 və 19:20;

– Naxçıvandan uçuş saat 10:50, 16:30 və 22:10.

Hava gəmisinə COVID-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.

Qeyd edilən istiqamət üzrə aviabiletlərin alınması məsələləri ilə bağlı aviaşirkətin çağrı mərkəzinə “WhatsApp” mesenceri vasitəsilə aşağıdakı nömrələr üzrə müraciət edilməlidir:

– Bakı-Naxçıvan reysləri üçün:

WhatsApp: +994 55 204 65 54;

– Naxçıvan-Bakı reysləri üçün:

WhatsApp: +994 60 487 30 11.

Aviabiletləri həmçinin fevralın 1-dən açılması nəzərdə tutulan aviaşirkətin satış nöqtələrindən əldə etmək mümkündür.

Pandemiya dövründə təsdiq edilən qaydalara əsasən əl yükü qismində yalnız qadın əl çantasının, kişi portfelinin və ya 30x35x10 sm ölçüdə portativ kompyuter çantasının (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) götürülməsinə icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər baqaj bölməsində qeydiyyatdan keçirilməlidir. Pulsuz daşınan baqajın maksimal yol verilən çəkisi 23 kq-dır, ölçüləri üç ölçünün cəmində 158 sm-dən artıq olmamalıdır.

Həmçinin oxuyun

Azərbaycan məhsulları “Gulfood 2021” sərgisində

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq ərzaq sərgisi başlayıb. Bu barədə İqtisadiyyat Nazirliyindən …