Bazar , İyun 20 2021
Home / Digər / Bankomatlarla bağlı mühüm açıqlama

Bankomatlarla bağlı mühüm açıqlama

     Azərbaycan ərazisində quraşdırılan bankomatların ümumi sayı bu ilin yanvarında 7 ədəd artaraq 2 461-ə çatıb. Mediaktiv.az Fins. az – a istinadən xəbər verir ki, onların 1 332 ədədi Bakıda, 1 129-u regionlarda yerləşir.

     Yanvar ayında paytaxtda 10 ədəd bankomat quraşdırılıb, regionda isə 3 bankomat ləğv edilib.

      Hesabata əsasən, 2017-ci il fevralın 1-nə ölkədə hər 4 min nəfərə bir bankomat düşüb. Əvvəlki ilin müvafiq dövründə isə bu göstərici 3,8 min nəfər/ATM təşkil edib. Bir ATM-ə düşən əməliyyatların orta aylıq həcmi cari ilin yanvar ayında 287,7 min manat olub. Bu da öz növbəsində əvvəlki ayla müqayisədə 32,6% azalıb, illik müqayisədə 11,7% artıb.

     2017-ci il fevralın 1-nə ölkədə mövcud olan POS-terminalların sayı 71 164 ədəd təşkil edib. Bu da aylıq müqayisədə 642 ədəd və ya 0,9%, illik müqayisədə 7 288 ədəd və ya 9,3% azalma deməkdir.

Həmçinin oxuyun

Türkiyə daha bir helikopterin kütləvi istehsalına başlayacaq

Türkiyə Milli Müdafiə Sənayesinin ulduzu sayılan “GÖKBEY” Kommunal Helikopteri Dizayn Təşkilatından lisenziya alıb. MEDIAKTIV.AZ xəbər verir …