Bazar , Mart 29 2020
Home / Digər / Bir bu qalmışdı! Bakıya Təyyarə taksilər işləyəcək

Bir bu qalmışdı! Bakıya Təyyarə taksilər işləyəcək

    Gürcüstanda məşhur olan “Adjara Group Hospitality” (Adjara qonaqpərvərlər qrupu) yeni Aviator aviataksilərin istismarına başlayıb.

    Yenixeber.Az-in məlumatına əsasən, yeni aviataksilər həm daxili, həm də beynəlxalq reyslər həyata keçirəcək.

    Beechcraft king Air C90 GTx taksi təyyarələri Tbilisi beynəlxalq aeroportundan Gürcüstanın bütün yerli aeroportlarına, eləcə də, Bakı, Yerevan, İstanbul, Trabzon və digər regionlara uçuşlar həyata keçirəcək.

     Kompaniya gələcəkdə reyslərin sayının artırılmasını və yeni təyyarə parkının yaradılmasını nəzərdə tutub.

   Yeni, müasir tipli avadanlıqla tam təchiz olunmuş təyyarə 5 nəfər sərnişin üçün nəzərdə tutulub. Uçuş zamanı sərnişinlərin təhlükəsizliyi, biznes-klasslara cavab verən bütün tələblər yerinə yetiriləcək.

Həmçinin oxuyun

Şeytani plan: ABŞ Prezidentini öldürmək üçün… – KQB-nin ən qorxunc silahı

Sovet kəşfiyyatı (KQB) üçün xüsusi olaraq hazırlanan və dodaq boyasına bənzəyən, şeytanın belə ağlına gəlməyən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir