Cümə , Fevral 28 2020
Home / Digər / Biznes / Azərbaycan və Yunanıstan arasında yeni razılaşmalar əldə olunub

Azərbaycan və Yunanıstan arasında yeni razılaşmalar əldə olunub

Yunanıstanın paytaxtı Afinada bu ölkənin Sahibkarlar Federasiyası, Milli İnvestisiya və Ticarətin Təşviqi Agentliyi, eləcə də Azərbaycanın Yunanıstandakı Səfirliyi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC (ATT) və İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə “Azərbaycanın kəşfi: biznes imkanlarının yunan ictimaiyyətinə tanıdılması” adlı biznes-forum keçirilib.

Bu barədə MediAktiv.az bildirir ki  :

Məlumata görə, tədbirdə çıxış edən səfir Anar Hüseynov, Yunanıstan Sahibkarlar Federasiyasının vitse-prezidenti Konstantinos Bitsios, Milli İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin icraçı direktoru Georgios Filiopulos, ATT-nin İdarə Heyətinin sədri Leyla Məmmədova, AZPROMO prezidentinin müşaviri Fuad Pənahov iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və perspektivləri, Azərbaycanda yaradılmış investisiya mühiti, kənd təsərrüfatı sahəsində aparılan islahatlar və əməkdaşlıq üçün imkanlar barəsində məlumat veriblər. 

Biznes-forumda iştirak edən yunan iş adamları Azərbaycanla işgüzar əlaqələrin qurulmasına böyük maraq göstəriblər.

Tədbir zamanı ikitərəfli əlaqələrlə yanaşı, Azərbaycanda və Yunanıstanda ticarət sahəsində keçiriləcək sərgilərdə qarşılıqlı iştirak və cari ildə yunan iş adamlarının ölkəmizə ticarət missiyası ilə səfərinin təşkili barəsində razılıq əldə olunub. Biznes-forum çərçivəsində ATT Azərbaycan istehsalı olan müxtəlif növ məhsulların sərgisini və dequstasiyasını təşkil edib. 

Həmçinin oxuyun

“Bloomberg” “əl dəyişdirə” bilər

ABŞ-ın “Bloomberg” agentliyi satıla bilər.  MediAktiv.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb.  Məlumatda …