Çərşənbə , İyul 15 2020
Home / Digər / Biznes / “Bloomberg” “əl dəyişdirə” bilər

“Bloomberg” “əl dəyişdirə” bilər

ABŞ-ın “Bloomberg” agentliyi satıla bilər. 

MediAktiv.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb. 

Məlumatda deyilir ki, agentliyin sahibi, ABŞ prezidentliyinə namizəd Maykl Blumberq seçkilərdə qələbə qazansa, media qurumunu satacaq. 

Hazırda o, dünyanın 8-ci ən zəngin insanıdır və varidatı 62,8 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. 

Xatırladaq ki, hazırda ABŞ-a rəhbərlik edən Donald Tramp prezident seçildikdən sonra daşınmaz əmlak şirkətlərini satmadığına görə M.Blumberq onu sərt tənqid etmişdi. 

Həmçinin oxuyun

Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi idxalçısı olub

Bu ilin ilk yarısında Gürcüstan 787,05 mln kilovatt/saat həcmində elektrik enerjisinin idxalını həyata keçirib. MediAktiv.az-ın …