Çərşənbə axşamı , Oktyabr 15 2019
Home / Digər / Biznes / Daha bir bank ləğv edilir

Daha bir bank ləğv edilir

  “Atabank” və “Caspian Development (CDB) Bank” ASC-lərin səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən, “CDB”-nin yenidən təşkilatlanma şəklində ləğv edilərək “Atabank”a qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib.
  Mediaktiv.az Reporta istinadən  xəbər verir ki, həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PWC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.
  Həmçinin, “Atabank” və “CDB” ASC-lər tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.

Həmçinin oxuyun

SOCAR-ın nailiyyətləri: bu, kimlərin yuxusuna mane olur?

Rövnəq Abdullayev uzun illərdir ölkə büdcəsinin və ixracının xeyli hissəsini təmin edən Azərbaycanın ən böyük …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir