Çərşənbə , Avqust 21 2019
Home / Digər / Biznes / Dolların ucuzlaşma səbəbi?

Dolların ucuzlaşma səbəbi?

 “Azərbaycanda dolların ucuzlaşmasına təsir edən səbəblər var. Kredit verilmir, dövriyyədə vəsait azlığı var, nisbi də olsa, ixrac artır və bu da dolların məzənnəsinə təsir göstərir”.

   Mediaktiv.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

   Onun fikrincə, bu məsələyə “IV İslam Həmrəyliyi Oyun”ları və “Formula-1” yarışlarının da təsiri var: “Bununla da “bahalı manat, ucuz dollar” nisbəti yaradıb ölkəyə maliyyə cəlb etmək istəyirlər”.

   V.Əhmədov hesab edir ki, dolların nisbi ucuzlaşmasına təsir göstərən daha bir səbəb aprelin 1-dən qüvvəyə minən nağdsız hesablaşmalardır.

  Deputat deyir ki, maliyyə sahəsində bu siyasət uzun müddət davam edə bilməz, çünki bu xətt real sektorun inkişafına imkan vermir: “Təkcə manat qıtlığı yaratmaqla hansısa maliyyə uğuruna nail olmaq mümkün deyil. Bu xəttin nəticəsidir ki, iqtisadi aktivlik azalıb, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb.

  Elə bundan irəli gələrək dollara tələbatın azalması və dolların ucuzlaşması görüntüsü yaranıb”.
Mərkəzi Bankın keçirdiyi son hərraclarda manat ABŞ dollarına nisbətən möhkəmlənir.
Hazırda bir dollar 1,7029 manata bərabərdir. Halbuki, ilin əvvəlində bir dollar 1,92 manata yüksəlmişdi.

  Deputat Vahid Əhmədov iş yerlərinin yaradılması məsələsindən də danışıb. O deyib ki, sənayenin inkişafına nail olmadan işsizliyi aradan qaldırmaq mümkün deyil: “Sovet dövründə iri sənaye müəssisələri, fabriklər, zavodlar var idi və əhali burada çalışırdı, işsizlik də yox idi”.

  V.Əhmədova görə, idxal sahəsində elə məhsullar var ki, onları ölkədə istehsal etmək olar. Bu da yeni iş yerlərinin yaranmasına səbəb olar. Deputat bildirir ki, indi kənd təsərrüfatını inkişaf etdirmək xətti götürülüb.

  Bəzi rayonlarda insanlara ünvanlı sosial yardımların verilməsini dayandırmaqdan ötrü fermer təsərrüfatları layihəsi işlənir: “Mənim bildiyim qədər, bu layihələrə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 6 milyon manat vəsait ayrılıb. Amma burada da bir incə nöqtə budur ki, işi onu bacaran insanlara tapşırmaq lazımdır.

  Yoxsa işi bacarmayan insana tapşırmaq yeni yaradılan təsərrüfatı batırmaq demək olacaq”.

Həmçinin oxuyun

“Qara bazar”da dollar sürətlə bahalaşır

Bu gün səhər saatlarında dolların alışı 1.6800 manata, satışı isə 1.6900 manata qədər yüksəlib Son …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir