Şənbə , Avqust 24 2019
Home / Digər / Biznes / Manatı gücləndirən əslində nədir? – TƏHLİL

Manatı gücləndirən əslində nədir? – TƏHLİL

  Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümovun rəhbərlik etdiyi qurum tərəfindən makroiqtisadi sabitliyi təmin etmək məqsədilə Mərkəzi Banka (AMB) bu ilin I rübü ərzində 2 milyard 279 milyon manat məbləğində vəsait transfert etdiyi barədə bu günlərdə açıqladığı məlumat bəziləri üçün göydəndüşmə oldu. Belə ki, məsələ ətrafında müxtəlif xarakterdə söz-söhbətlər bitmək bilmir.

 Əvvəla, belə məlum oldu ki, bəzi ekspertlər manatın ABŞ dollarına nəzərən son vaxtlar nədən möhkəmləndiyi faktı üzərində baş sındırırlarmış. İkincisi də, elə həmin ekspertlər tərəfindən AMB-nin rəsmi valyuta ehtiyatları həcminin ilin əvvəlindən bəri, yəni son 3 ay ərzində – yanvar-mart müddətində nəyə görə artdığı məsələsi də məhz bununla izah edilir. Yəni, SOFAZ-ın AMB-ə yanvar-mart ərzində həyata keçirdiyi transfertiylə. Halbuki, elə hər iki yanaşmanın özü biri-birinə zidd gəlir.

Birincisi, AMB-in cari ilin mart ayı ərzində ənənəvi olaraq həyata keçirdiyi valyuta hərraclarında SOFAZ tərəfindən bütövlükdə 250 milyon ABŞ dolları məbləğində vəsait satılıb ki, əvvəlki 2 ay, yəni yanvar-fevral ayları ərzində isə bu rəqəm ümumən 543,4 milyon dollar təşkil edib. Sual edirəm: 250 milyon + 543,4 milyon dollar, nə edir?! Təbii ki, 784,4 milyon dollar! Deməli, cari ilin ötən 3 ayı ərzində SOFAZ-ın hərraclarda satdığı valyutanın həcmi bütövlükdə 784,4 milyon dollar təşkil edib.

Ş.Mövsümov deyib ki, rəhbərlik etdiyi qurum tərəfindən makroiqtisadi sabitliyi təmin etmək üçün AMB-ə I rüb ərzində 2 milyard 279 milyon manat transfert edilib. Bu isə keçən 3 ay ərzində məzənnəni orta hesabla 1,70 AZN-dən hesablasaq, təqribən, 1 milyard 300 milyon dollardan çox vəsait edir.

Qeyd edim ki, bilavasitə AMB isə hərraclarda iştirak etməyib, yəni ötən göstərilən müddət ərzində heç bir halda xarici valyuta çıxararaq intervensiya həyata keçirməyib. Yeri gəlmişkən, 2017-ci ilə dair ölkənin dövlət büdcəsinə əsasən isə SOFAZ-dan ölkənin əsas maliyyə sənədinə 6 milyard 100 milyon manat transfert nəzərdə tutulub ki, bunu da 1,70 AZN məzənnədən götürsək 3 milyard 500 milyon dollardan bir az çox dollar vəsaiti edir. Yəni ki, SOFAZ məhz, bu məbləğdə valyutanı AMB-in cari il ərzində həyata keçirəcəyi valyuta hərraclarına çıxardaraq satmaqla, dövlət büdcəsinə nəzərdə tutulan 6 milyard 100 milyon manat transferti həyata keçirəcək. Çünki SOFAZ-ın gəlirləri xarici valyutayladır.

Odur ki, manatın ABŞ dollarına nəzərən son vaxtlar ucuzlaşmadığı faktını SOFAZ-ın makroiqtisadi sabitliyi təmin etmək məqsədilə AMB-ə cari ilin I rübü ərzində 2 milyard 279 milyon manat transfert həyata keçirdiyi faktıyla əlaqələndirmək gülüncdür.

Əvvəla, SOFAZ-ın ötən 3 ay ərzində hərraclarda satılan 784,4 milyon dollar valyuta həcminin qurumun 2017-ci ilə dair ölkənin əsas maliyyə sənədinə əsasən, dövlət büdcəsinə transfert etməli olduğu 6 milyard 100 milyon manatdanmı olduğu, yoxsa makroiqtisadi sabitliyi təmin etmək məqsədilə AMB-ə köçürməli olduğu öhdəlikdən xərcləndiyimi bəlli olmalıdır.

Yeri gəlmişkən, SOFAZ-dan AMB-ə bütövlükdə cari il ərzində, yəni 2017-ci ildə makroiqtisadi sabitliyi təmin etmək məqsəd ilə ümumən 7,5 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Üstəlik də, bu vəsaitin sonuncu adı çəkilən qurum tərəfindən nəyə xərcləyəcəyi dəqiq deyilib.

Bu, dövlətin il üzrə xarici borcları, TANAP layihəsinin maliyyələşdirilməsi, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və il üzrə bankın xarici borc öhdəliklərinin tənzimlənməsi, o cümlədən ehtiyac yaranarsa, Əmanətlərin Sığortalanması Fonduna vəsaitin ayrılması kimi məsələlərdir.

İkincisi də, konkret olaraq, xərc istiqamətləri göstərildiyi halda, SOFAZ-dan bütövlükdə cari il ərzində, yəni 2017-ci ildə makroiqtisadi sabitliyi təmin etmək məqsədilə AMB-ə ayrılacaq 7,5 milyard manat vəsait milli valyutanın möhkəmlənməsinə birbaşa olaraq hərraclar vasitəsilə görəsən, necə və hansı formada təsir göstərə bilər ki?!.

O ki qaldı, AMB-nin rəsmi valyuta ehtiyatları həcminin son 3 ay ərzində 458,3 milyon dollar artaraq 31.03.2017-ci il tarixinə 4 milyard 432,7 milyon dollar təşkil etməsinə, bu haqda da hələ yanvarın nəticəsinə (ən çox yanvarda artıb – 352,8$) görə yazmışdım ki, SOFAZ tərəfindən AMB-ə nəzərdən tutulan transfert bütövlükdə il ərzində nəzərdə tutulub və bunun hər ay ərzində məhz bərabər məbləğdə həyata keçiriləcəyini iddia etmək üçün əsas yoxdur. İkincisi də, bayaq da qeyd etdiyimiz kimi, SOFAZ-dan ayrılması nəzərdə tutlan 7,5 milyard manatı AMB-in nəyə xərcləyəcəyi deyilib.

Üçüncüsü, AMB tərəfindən keçirilən valyuta hərraclarına SOFAZ-ın ötən 3 ayda hər bir ay ərzində nə qədər məbləğdə dollar çıxarıb (yanvarda 285 milyon, fevralda 258,4 milyon, mart ayı ərzində isə 250 milyon) satdığı mətbuata açıqlanan məlumatdan məlumdur. Cəmi 784,4 milyon dollar! AMB-in rəsmi valyuta ehtiyatları həcmi isə son 3 ayda 458,3 milyon dollar artıb.

Dördüncüsü isə, AMB-ə tranfert manat şəklində göstərilib.

Yeri gəlmişkəm, SOFAZ-ın AMB-ə transferti ilin sonunadək nəzərdə tutulandan az olacaq.(azvision.az)

Həmçinin oxuyun

Ekoloji qanunvericiliyin pozulmasına görə 32 min manatdan çox ödəmə tətbiq edilib

1-15 avqust tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir