Çərşənbə axşamı , Oktyabr 20 2020
Home / Digər / Biznes / Neftə tələbat 2021-ci ilin ikinci yarısında bərpa olunacaq

Neftə tələbat 2021-ci ilin ikinci yarısında bərpa olunacaq

“Neftə olan tələbin bərpasında yavaşlama müşahidə edirik. Əlbəttə ki, əsas səbəb pandemiyanın hələ də qalmasıdır”.

MediAktiv.az  TASS-a istinadən xəbər verir ki, bunu Tümen Neft-Qaz Forumunda çıxış edən “Qazprom Neft”in rəhbəri Aleksandr Dyukov deyib.

“Bir çox ölkə ya ikinci dalğanı gözləyir, ya da artıq bununla üzləşib. Ancaq əminik ki, xüsusən Avropa ölkələrində olan bu cür sərt reaksiya, bu cür sərt karantin tədbirləri daha olmayacaq. Ona görə də gələn ilin ikinci yarısında 2019-cu ilin istehlak həcminə çatacağımıza ümid edə bilərik”, – o əlavə edib.

Həmçinin oxuyun

“Lufthansa” uçuşlarının 50%-ni ixtisar edəcək

Almaniyanın “Lufthansa” aviaşirkəti koronavirusun (Covid 19) yayılması, rezervasiyaların azalması, həmçinin çox sayda uçuşun ləğv edilməsi …