Cümə , İyul 10 2020
Home / Digər / Biznes / Şad xəbər! – Dollar yenə düşdü

Şad xəbər! – Dollar yenə düşdü

  Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 14-ə olan məzənnəsini açıqlayıb.

  AMB-dən  verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 13-ü müqayisədə 0,02% ucuzlaşaraq 1,7026 manat olub.

  Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8175 manatdan 1,8075 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0301 manatdan 0,0303 manatadək artıb.

  Türkiyə lirəsinin məzənnəsi 0,4668 manatdan 0,4645 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1394 manatdan 2,1300 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7119 manatdan 0,7118 manatadək azalıb.

Həmçinin oxuyun

“Lufthansa” uçuşlarının 50%-ni ixtisar edəcək

Almaniyanın “Lufthansa” aviaşirkəti koronavirusun (Covid 19) yayılması, rezervasiyaların azalması, həmçinin çox sayda uçuşun ləğv edilməsi …