Cümə axşamı , İyul 29 2021
Home / Digər / Biznes / Ticarət Palatasının sədri: “ABŞ şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirib”

Ticarət Palatasının sədri: “ABŞ şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirib”

“Biz biznes maraqlarını həm ABŞ, həm də Azərbaycanda təbliğ edirik”.

MediAktiv.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara dəstək üçün tərəfdaşlıq sammitində çıxış edən ABŞ-Azərbaycan Ticarət Palatasının sədri Reza Vəziri deyib.

O əlavə edib ki, bu məqsədlə onlar bir sıra missiyalar təşkil ediblər: “2017-ci ildə təşkil edilən ticarət missiyası nəticəsində Azərbaycan şirkətləri bir neçə mln dollarlıq kontrakt imzalayıblar. Bəzi ABŞ şirkətləri isə Azərbaycanda fəaliyyətlərini genişləndirib. İllinoysda keçirilən görüşdən sonra isə ABŞ şirkətləri 1,2 mln dollarlıq müqavilə imzalayıb. Oklohomadakı görüşdən sonra isə Azərbaycan narının ixracı qərara alınıb. Bütün bunlar isə bizim gördüyümüz işlərə kiçik misaldır”.

Həmçinin oxuyun

Azərbaycanın Türkiyədən hazır geyim idxalı artıb

2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə …