Şənbə , İyun 19 2021
Home / Digər / Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri məlum oldu

Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri məlum oldu

Mayın 5-də Rusiyanın Kazan şəhərində start götürəcək cüdo üzrə Böyük Dəbilqənin püşkatma mərasimi keçirilib.

MEDIAKTIV.AZ-ın məlumatına görə, püşk nəticəsində Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.

Kişilər
60 kq

1/16 final. Davud Məmmədsoy – ALbert Oğuzov (Rusiya)

66 kq
1/32 final. Elçin Hüseynov – Karmine Maria Di Loreto (İtaliya)

73 kq
1/16 final. Rəşad Məmmədəliyev – Antoni Zinqq (Almaniya) / Maxmadbek Maxmadbekov (Rusiya) cütünün qalibi
1/32 final. Nurlan Osmanov – Georgios Azoidis (Yunanıstan)

81 kq
1/16 final. Murad Fətiyev – Terens Kuamba (Qabon)
1/32 final. Hidayət Heydərov – Asad Masabirov (Qırğızıstan)

+100 kq
1/16 final. Camal Feyziyev – Marius Fizel (Slovakiya)

Qadınlar
48 kq

1/16 final. Leyla Əliyeva – Melani Vieu (Fransa)
1/16 final. Aişə Qurbanlı – Katarina Ments (Almaniya)

52 kq
1/16 final. Gültac Məmmədəliyeva – Lus Olvera (Meksika)

İlk yarış günündə kişilərdən Məmmədsoy və Hüseynov, qadınlardan Əliyeva, Qurbanlı və Məmmədəliyeva tatamiyə çıxacaq. Mayın 6-da Məmmədəliyev, Osmanov, Fətiyev və Heydərov, mayın 7-də isə Feyziyev mübarizə aparacaq.

Həmçinin oxuyun

Türkiyə daha bir helikopterin kütləvi istehsalına başlayacaq

Türkiyə Milli Müdafiə Sənayesinin ulduzu sayılan “GÖKBEY” Kommunal Helikopteri Dizayn Təşkilatından lisenziya alıb. MEDIAKTIV.AZ xəbər verir …