Bazar ertəsi , May 10 2021
Home / Digər / Bu gün ikinci Qədr gecəsidir

Bu gün ikinci Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

MEDIAKTIV.AZ xəbər verir ki, ikinci Qədr gecəsi mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edir.

Ramazan ayının üçüncü Qədr gecəsi mayın 5-də və sonuncusu isə mayın 9-da olacaq.

Mayın 1-dən 2-nə keçən gecə isə Ramazan ayının ilk Qədr gecəsi keçirilib.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Koronavirus pandemiyası səbəbindən Qədr gecəsinin əməllərinin məscidlərdə icrası qadağan edilib.

Xatırladaq ki, Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb.

Həmçinin oxuyun

Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir

“Vətən Müharibəsi Qəhrəmanı”nın tabutu hərbi ehtiram göstərilməsi zamanı Dövlət bayrağı ilə örtüləcək. MEDIAKTIV.AZ-ın məlumatına görə, …