Çərşənbə , İyun 3 2020
Home / Digər / Dolları olanlara pis xəbər

Dolları olanlara pis xəbər

      Bu gün səhərdən etibarən banklarda və “qara bazar”da dollar ucuzlaşıb

  Azərbaycan kommersiya banklarının bir çoxu dolların alış-satış kursunu daha da ucuzlaşdırıb.

     Mediaktiv.az fins.az-a istinadən xəbər verir ki, hazırda dolların ən aşağı alış kursu 1.7050 manat, ən aşağı satış məzənnəsi isə 1.7150 manatdır. Belə ki, dünən axşam saatları ilə müqayisədə “Atabank” dolların alış və satış kursunu 1 qəpik ucuzlaşdırıb: alış — 1.7000 manatdan 1.6900 manatadək, satış — 1.7400 manatdan 1.7300 manatadək.

      “Caspian Development Bank” isə dolların alış kursunu eyni 1 qəpik ucuzlaşdırıb, satışını isə 1,5 qəpik: alış — 1.6900 manatdan 1.6800 manatadək, satış — 1.7500 manatdan 1.7350 manatadək.

      “Amrahbank” və “Yapı Kredi Bank Azərbaycan” isə yalnız dolların alış məzənnəsini 1 qəpik ucuzlaşdırıb: 1.6900 manatdan 1.6800 manatdək. Bu arada, valyuta hərracından sonra aprelin 5-də banklarla yanaşı, “qara bazar”da da dollar xeyli ucuzlaşıb.

Həmçinin oxuyun

Naxçıvanın təbii mineralı seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent …