Bazar , İyun 20 2021
Home / Digər / Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon Şöbəsinin inzibati binası istifadəyə verilib

Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon Şöbəsinin inzibati binası istifadəyə verilib

   Muxtar respublikada dövlət təhlükəsizliyinin qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin maddi-texniki bazası ilbəil gücləndirilir, əməkdaşlar üçün müasir iş şəraiti yaradılır.

   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən mediaktiv.az-a bildirilib ki, dekabrın 2-də Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon Şöbəsinin inzibati binası istifadəyə verilib.

   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

   Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binadakı iş otaqları lazımi avadanlıqlar və texniki vasitələrlə təmin olunub. Binanın ikinci mərtəbəsində 4 xidməti yaşayış mənzili istifadəyə verilib, ailələr üçün hərtərəfli məişət şəraiti yaradılıb.

   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bina ilə tanışlıqdan sonra kollektivlə görüşüb, Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon Şöbəsinin inzibati binasında lazımi şəraitin yaradıldığını bildirərək deyib: Bu gün muxtar respublikada Dövlət Təhlükəsizliyi Xidməti, xidmətin idarə və şöbələri müasir binalarda fəaliyyət göstərir. Əməkdaşlar üçün hərtərəfli iş şəraiti yaradılmışdır. Ölkəmizdə bu sahə üzrə qəbul olunmuş normativ hüquqi aktların və qanunların icrasını təmin etmək, dövlət təhlükəsizliyini qorumaq və səmərəli fəaliyyət göstərmək kollektivin qarşısında duran əsas vəzifələrdir. Mövcud qanunvericilik bazası, yaradılan şərait və fəaliyyət üçün istiqamətlərin müəyyənləşdirilməsi bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir.

   Ali Məclisin Sədri kollektivə qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulayıb. Əməkdaşlar yaradılan şəraitə görə minnətdarlıq ediblər. Binanın həyətində də abadlıq işləri aparılıb, yaşıllıq salınıb.

naxcivantv.az

Həmçinin oxuyun

Türkiyə daha bir helikopterin kütləvi istehsalına başlayacaq

Türkiyə Milli Müdafiə Sənayesinin ulduzu sayılan “GÖKBEY” Kommunal Helikopteri Dizayn Təşkilatından lisenziya alıb. MEDIAKTIV.AZ xəbər verir …