Çərşənbə axşamı , İyun 25 2019
Home / Digər / Dövrümüzün ən aktual sənət sahələrindən biri: Döymə

Dövrümüzün ən aktual sənət sahələrindən biri: Döymə

       Tatu insanların üzərinə çox düşündüyü və baş yorduğu sənət sahələrinin başında gəlir. Bəli, səhv eşitmədiniz. Çox insan elə olduğunu düşünməsə də, döymə sənət sahələrindən biridir. Hətta döymə üçün bədən sənətlərindən biri desək daha doğru olar. Yaxşı nədir bu döymə? Haradan girdi həyatımıza? İlk kim etdirmişdir? Bu və buna bənzər sualların cavabını araşdırıb sizlərlə paylaşmaq istədik.

Tatu ilk başlarda şəxsiyyət təsbitində istifadə edilirmiş.

Oxuma yazma bilməyən Amerika yerliləri və ya digər adlarıyla qırmızıdərililər, şəxsiyyət çıxarıb adlarını onun üzərinə yaza bilməyəcəkləri üçün bədənlərinə çəkdikləri dəyişik naxışlar şəxsiyyət vəzifəsi görürdü.

Tatu tapançasının olması döymə tarixində bir inqilab olaraq bilinir.

Keçmiş illərdə, Amerika cəmiyyətində ” yüksək sinif ” mənsubu insanlar etdirdikləri döymə ilə o sinifə aid olduqlarını müəyyən edirdilər.

Əvvəllər əsgərlər bədənlərinə yarı çılpaq qadın döymələri etdirərmişlər.

   Xüsusilə döyüş zamanlarında qadınlara uzaq qalan əsgərlər, onlara olan həsrətlərini az olsun azaltmaq üçün belə bir şey edirlərmiş.

Sonrakı məlumat olduqca çaşdırıcıdır: 1961 – 1997 illəri arasında Amerikada döymə etdirmək qadağan edilmişdir.

Bəhsi keçən illər arasında çox məşhur olan Hepatit B virusunun daha çox yayılmasının qarşısını almaq üçün belə bir qərar alınmışdır.

Son olaraq; ilk döymə etdirən qadınlar üçün döymənin ayrı bir mənası var imiş.

1900 -cü illərin ortasına doğru ilk dəfə döymə etdirdikləri düşünülən qadınlar üçün döymənin belə bir mənası varmış: Müstəqillik və güc.

Həmçinin oxuyun

Məşhur rəssamı qəbirdən çıxaracaqlar

Məhkəmə Salvador Dalinin məzarının açılmasına qərar verib. Mediaktiv.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Madriddə məhkəmə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir