Şənbə , Sentyabr 21 2019
Home / Digər / Araşdırma / Dövrümüzün Problemi: “Dağınıq Beyin Sindromu”

Dövrümüzün Problemi: “Dağınıq Beyin Sindromu”

Eyni anda bir çox işi görmək bir yana, asanlıqla diqqətin dağılması və kəsintiyə məruz qalması vərdişi insan beyninə mənfi təsir göstərir.

Sıradan bir iş günü; e-poçtunuz, mesajlarınız, toplantılar, köməyə ehtiyacı olan iş yoldaşları kimi daim fasiləyə yol açan şeylərlə doludur. Bir çox tədqiqatçının dediyinə görə eyni anda bir çox iş görməyə cəhd etmək işin məhsuldarlığını aşağı salır.

Bir tək iş üzərində adaptasiya olan zaman daha çox iş görürük. Çünki beyin bir anda bir iş görəcək şəkildə yaradılıb. Eyni anda bir çox iş gördükdə, beyin daim bu işlər arasında gedib gəlir. BBC-də yer alan xəbərdə, Texas Universitetində Beyin Sağlamlığı Mərkəzinin banisi Doktor Sandra Bond Chapman-nın fikirlərinə yer verilib. Chapmana görə, eyni anda bir çox işi görməyə çalışmaq səthi düşünməyə, yaradıcılıq (kreativlik) çatışmazlığına, səhvlərə və lazımsız məlumatı seçə bilməməyə səbəb olur. Çünki beyin bir anda bir çox iş görəcək şəkildə təchiz olunmayıb.

Bunu uzun müddət etmək stressi artırır, depressiyaya və intellektual tutumunun azalmasına da yol açır. “Yalnız işə adaptasiya olma” kitabının müəllifi Devora Zack, “Cəmiyyət olaraq dağınıq beyin sindromundan əziyyət çəkirik” deyir.

Diqqət dağınıqlığına qarşı nə etməli?

  • Adaptasiya olmağınızı təmin edəcək bir şərait yaradın. Qapını bağlaya biləcəyiniz bir yer tapın və telefonunuzun internetini və ya bildirişlərini bağlayın.
  • İclas izdihamından və stressindən mümkün qədər uzaq durun. İclasa yalnız qələm və kağızla girin.
  • Vaxt aparan və diqqəti dağıdan işləri bir kənara cəmləyin.
  • İnsanların sizi hansı zamanlarda müraciət edə biləcəklərini bilsinlər.
  • Ofisdə “Nə qədər çox zaman keçirirsəniz, o qədər yaxşı işçisiniz” demək deyil və tamamilə yanlış bir inancdır.

saglikpanosu.net

Həmçinin oxuyun

Kişilərin xəyanət etmə səbəbləri

Kişilərin xəyanətinin səbəbini tez-tez qadınlarda görürlər. Ailə qurduqdan sonra qadınlar özlərinə diqqət edə bilmir, uşaq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir