Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / Digər / DSX həkimlər üçün işə qəbul elan edir

DSX həkimlər üçün işə qəbul elan edir

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə və işə qəbul elan edir.

Bu barədə MEDIAKTIV.AZ DSX-yə istinadən məlumat verir.

Dövlət Sərhəd Xidmətində hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:

Həkim-terapevt;
Həkim-ümumi cərrah;
Həkim-uroloq;
Cərrah-uroloq;
Həkim travmatoloq-ortoped;
Anestezioloq-reanimatoloq;
Həkim radioloq;
Həkim-infeksionist;
Həkim-nevropatoloq;
Həkim-psixiatr;
Həkim mama-ginekoloq;
Cərrah mama-ginekoloq;
Həkim neyro cərrah;
Üst çənə cərrahı;
Həkim-kardioloq;
Həkim-sanepidemioloq;
Həkim-dermatoloq;
Həkim-otolarinqoloq;
Təcili yardım həkimi;
Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;
Feldşer.

Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı, fiziki cəhətdən sağlam olmalı, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

Həmçinin oxuyun

Xəzərdə Azərbaycanın sərhədini pozmağa cəhd olunub, xəbərdarlıq atəşi açılıb

Dövlət Sərhəd Хidməti tərəfindən Xəzər dənizində dövlət sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, rеjim qаydаlаrınа nəzаrətin …