Bazar ertəsi , May 10 2021
Home / Digər / Elçin Quliyev: “Haropların vurma qabiliyyəti 97 faizdir”

Elçin Quliyev: “Haropların vurma qabiliyyəti 97 faizdir”

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev aprelin 26-da Cəbrayıl rayonunda DSX-nın hərbi hissəsinin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə pilotsuz uçuş aparatları barədə məlumat verib.

MEDIAKTIV.AZ dialoqu təqdim edir:

Elçin Quliyev deyib:

Möhtərəm cənab Prezident, müharibə vaxtı haropların tətbiqi ilə əlaqədar çəkilişlər aparılıb. Sağ tərəfdə hazırda həmin çəkilişlər göstərilir, TOR sistemi.

Prezident İlham Əliyev: Bəli, yadımdadır, qarajın içində idi.

Elçin Quliyev: Elədir ki, var, cənab Prezident. Burada onların bir çox raket kompleksləri, S-300 sistemləri, SKAD raket kompleksləri. Onlar Horadiz kəndi istiqamətində əks-hücum həmləsi etmək niyyətində olduqda isə haroplar tərəfindən 2 saat ərzində onların 14 tankı məhv edilmişdir. Bu çəkilişlərdə o tankların məhv edilməsi əks olunub. Təqribən 10-12 tankı da düşmən qoyub qaçıb.

Prezident İlham Əliyev: Onların özləri də bunu etiraf edirlər.

Elçin Quliyev: Elədir ki, var cənab Prezident. Bu, S-300-ün vurulması anı idi. Haropların vurma qabiliyyəti 97 faizdir, cənab Prezident. Bu, ən yüksək göstəricidir.

Prezident İlham Əliyev: Bu, dağın başında idi.

Elçin Quliyev: Şükrataz dağının, cənab Prezident, Hazırda ən yüksək nöqtədə Azərbaycan sərhədçiləri yerləşiblər.

Həmçinin oxuyun

Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir

“Vətən Müharibəsi Qəhrəmanı”nın tabutu hərbi ehtiram göstərilməsi zamanı Dövlət bayrağı ilə örtüləcək. MEDIAKTIV.AZ-ın məlumatına görə, …