Cümə , Aprel 3 2020
Home / Digər / Elmi / 91 nəfər 9-11-ci sinif şagirdi yazıb-oxumağı bacarmır

91 nəfər 9-11-ci sinif şagirdi yazıb-oxumağı bacarmır

Ötən il Azərbaycanda keçirilən buraxılış imtahanları nəticəsində 9 və 11-ci siniflər üzrə bəzi şagirdlərin yazıb-oxumağı bacarmadığı məlum olub. Mediaktiv.az-ın xəbərinə əsasən, təhsil üzrə ekspert Etibar Əliyev Sputnik Azərbaycana deyir ki, bu göstərici elə də böyük deyil: “Statistika 9-11-ci sinif şagirdlərinin ümumi sayına daxildir. Ola bilsin ki, həmin şagirdlər heç məktəbə getməyiblər. Digər tərəfdən bütün dünyada funksional savadsızlığın azaldılması istiqamətində işlər görülür. Eyni zamanda bizdə də o cür ciddi işlər aparılmalıdır”.

“Söhbət savadsılıqdan gedirsə, bir neçə fənnin elementar hissəsini bilməyən şagirdlərin də sayı çox ola bilər. Funksional savadsızlığın azaldılması üçün mütləq şəkildə şagirdlərin dərslərdən yayınmasının qarşısı alınmalıdır. Əslində XXI əsrdə belə hallara yol verilməsi məqbul sayıla bilməz. Bu statistikada 91 nəfər olması onu göstərir ki, valideynlər də bu istiqamətdə hər hansı addım atmayıblar” – deyə o bildirib.

Həmçinin oxuyun

Şeytani plan: ABŞ Prezidentini öldürmək üçün… – KQB-nin ən qorxunc silahı

Sovet kəşfiyyatı (KQB) üçün xüsusi olaraq hazırlanan və dodaq boyasına bənzəyən, şeytanın belə ağlına gəlməyən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir