Bazar ertəsi , Oktyabr 26 2020
Home / Digər / Elmi / Azərbaycanlı alimlərin yeni elmi ixtirası patentləşdirilib

Azərbaycanlı alimlərin yeni elmi ixtirası patentləşdirilib

Azərbaycan alimləri ilk dəfə olaraq vulkan palçığı xammalı əsasında kompleks gübrə əldə ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata , əsasən , MediAktiv.az xəbər verir ki, Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, Palçıq vulkanizmi şöbəsinin müdiri, prof. Adil Əliyev, həmin şöbənin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, Geoekologiya şöbəsinin baş elmi işçisi, prof. Mirəli Alosmanov, eləcə də AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlarının birgə ərsəyə gətirdiyi elmi ixtira Əqli Mülkiyyət Agentliyi tərəfindən patentləşdirilib.

Həmmüəlliflər üzvi-mineral kompleksin hazırlanması texnologiyası üçün vulkan palçığı ilə yanaşı, istehsalat tullantılarından da istifadə ediblər. Hazırlanmış gübrənin müxtəlif torpaqlarla əlaqəli variantlarının tətbiqi onların bitkilərin inkişafına müsbət təsirini təsdiqləyib.

Hazırda elmi ixtiranın nəticələrinin tətbiqi, o cümlədən alınmış üzvi-mineral kompleksin kənd təsərrüfatı sahələrində istifadəsi ilə bağlı tədbirlər görülür.

Həmçinin oxuyun

İmtahanlarda qiymətləndirmə vasitələrinin hazırlanmasında iştirak etmək istəyənlər üçün kurslar keçiriləcək

Dövlət İmtahan Mərkəzində 18 yanvar 2021-ci il tarixindən Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, …