Bazar ertəsi , İyul 26 2021
Home / Digər / Elmi / Dövlət qulluğuna qəbul imtahanlarına qeydiyyat başa çatır

Dövlət qulluğuna qəbul imtahanlarına qeydiyyat başa çatır

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başa çatır.

MediAktiv.az xəbər verir ki, Mərkəzdən  verilən məlumata görə, oktyabrın 23-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 21 oktyabr saat 23:50-dək aparılacaq.

Həmçinin oxuyun

“Virtual məktəb”də bir həftədə 6 milyona yaxın dərs keçirilib

Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir. Təhsil Nazirliyindən MediAktiv.az-a verilən …