Çərşənbə , Fevral 19 2020
Home / Digər / Araşdırma / Dünya tarixini dəyişəcək tapıntı

Dünya tarixini dəyişəcək tapıntı

Elm dünyasını dərindən sarsıdacaq bir kəşf edilib. Mərakeşdə 300 min illik tarixi olan insan skeletinin aşkar edildiyi bildirilir.

Mərakeş Mədəniyyət və Əlaqə Nazirliyindən verilən açıqlamada elm adamı və tədqiqatçı Abdulvahid bin Nasir və almaniyalı tədqiqatçı Jan Jak Yublanın rəhbərliyi altında çalışan beynəlxalq bir arxeologiya qrupunun Yusufiyə bölgəsində yerləşən Cəbəl İhud kəndi yaxınlığında aparılan qazıntı işlərində Homo sapiensə (ağıllı insan) aid skelet qalıqlarına rast gəldikləri deyilir.

Mediaktiv.az Milli.Az-a istinadən xəbər verir ki, qalıqların təxminən 300 min il öncəyə aid olduğu ifadə edilən açıqlamada aparılan test nəticəsində sümüklərin indiyə qədər aşkar edilən ən qədim insan qalıqları olduğu bildirilir.

Həmçinin oxuyun

Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “İnşa” yazı müsabiqəsi keçirilib

13 fevral 2020-ci il tarixində Sədərək rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon ümumtəhsil məktəblərinin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir