Çərşənbə , Sentyabr 18 2019
Home / Digər / Elmi / Dünyada İLK – Kosmosa şüalanma gerçəkləşdi

Dünyada İLK – Kosmosa şüalanma gerçəkləşdi

Qalaktikaya aid çəkilmiş filmlərdə tez-tez rast gəldiyimiz fantastik hadisə olan “şüalanma” texnologiyası artıq real həyatda da tətbiq ediləcək.

Mediaktiv.az Publika.az-a istinadən xəbər verir ki, çinli alimlər Yer kürəsindən 500 km uzaqlıqdakı kvant funksiyalı peykə bir fotonu uğurla şüalandırıblar.

Bu sınaq dünyamızla qalaktika arasında ilk kvant rabitə şəbəkəsini qurub.

Kvant şüalanma necə baş verir?

Kvant şüalanma maddənin enerjiyə çevrilərək kosmos-zamanda hərəkət etdirilməsi kimi izah edilir. Bu şüalanmada maddənin foton cütlərindən istifadə edilir. Bu cütlər arasındakı məsafə nə qədər olur-olsun, birinin göstərdiyi reaksiya digərinə də təsir edir.

Bu sınaq nə işə yarayacaq?

Mütəxəssislər uğurla başa çatan sınağı “kvant internet üçün ilk addım” kimi dəyərləndiriblər.

Kvant interneti maddə hissəciklərinin fiziki təmas olmamaq şərtilə məlumat ötürülməsini gerçəkləşdirir. Bu internet real həyata tətbiq edildiyində məlumat ötürmə sürətində inqilabi səviyyədə bir inkişaf olacağı açıqlanıb.

Kvant şüalanmanın tibb sahəsində də istifadə olunacağı barədə teoremlər üzərində işlər gedir. Belə ki, gələcəkdə orqanları təşkil edən hissəciklərin şüalanma yolu ilə köçürülərək məlumat halında depolanması və ehtiyac olduqda bu depolardan orqanların müalicələrində istifadə olunacaq bir texnologiya yaradılacaq.

Çinli elm adamlarının gerçəkləşdirdiyi son şüalanma sınağı bu günə qədərki ən uzun məsafəli kvant şüalanması olaraq tarixə keçib.

Həmçinin oxuyun

Dünya tarixini dəyişəcək tapıntı

Elm dünyasını dərindən sarsıdacaq bir kəşf edilib. Mərakeşdə 300 min illik tarixi olan insan skeletinin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir