Cümə axşamı , Aprel 22 2021
Home / Digər / Elmi / Heydər Əliyev Muzeyində kitab müzakirəsi keçirilib-FOTO

Heydər Əliyev Muzeyində kitab müzakirəsi keçirilib-FOTO

10 dekabr 2019-cu il tarixdə Heydər Əliyev Muzeyində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilmişdir.
MediAktiv.AZ NAXCİVANXEBERLERİ.COM-a istinadla xəbər verir ki, “Naxçıvan” Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov çıxış edərək bildirmişdir ki, xalqın və millətin inkişafı gənc nəslin intellektual səviyyəsindən, bilik və bacarığından, Vətənə layiq əsl vətənpərvər kimi yetişməsindən asılıdır. Bugün kitabların oxunmasının zəruriliyinin dövlət səviyyəsində təbliği və təşviq olunması yüksək əhəmiyyətə malikdir. Buna görə də gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri tərəfindən “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalanmışdır. Muxtar respublikada mütəmadi olaraq “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilən bir sıra kitabın müzakirəsi təşkil olunur. Bu gün isə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilir. Tarixin müxtəlif dövrlərində bəzən elə şəxsiyyətlər yetişir ki, onlar zamanın qlobal proseslərinə təsir göstərir, təmsil etdikləri millətin taleyini dəyişdirir, qüdrətli dövlət yaratmaqla hər sahədə cəmiyyətin inkişafına təkan verirlər. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndərin 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti kitabı bütün azərbaycanlılar üçün əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji məqamları əhatə edir. Bu mənada həmin müraciətdəki mühüm məqamlarla tanış olmaq, öyrənmək hər birimiz üçün vacibdir. Bu müraciətdə milli tariximizin bütün dövr və mərhələlərinə yüksək peşəkarlıqla qiymət verilmiş, geridə qalan əsrlərdə baş vermiş ictimai-siyasi proseslər barədə obyektiv mülahizələr səsləndirilmiş və gələcək inkişaf yolları müəyyənləşdirilmişdir.
Qeyd olunmuşdur ki, ulu öndər Azərbaycan xalqının yüz ildən sonra, gələcək əsrləri əhatə edən elə bir inkişafına və intibahına zəmin yaratmaq istəyirdi ki, həmin dövrlərdə yaşayacaq nəsillər üçün heç bir problem qalmasın. Bu böyük arzunun reallaşdırılması üçün yalnız və yalnız bugünkü müstəqil Azərbaycan dövlətini qüdrətləndirmək lazımdır. Elə bu müraciət də məhz həmin arzudan, istəkdən qaynaqlanırdı. Ümummilli liderimiz Heydər Əliyev “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı müraciətində deyirdi: “Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq”.
Sonra gənclər kitab haqqında öz fikirlərini bildirmiş, Muzeydə ümummilli liderin həyatı və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. 30 nəfər gəncin iştirak etdiyi tədbir Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Heydər Əliyev Muzeyində  kitab müzakirəsi keçirilib-FOTO
Heydər Əliyev Muzeyində  kitab müzakirəsi keçirilib-FOTO
Heydər Əliyev Muzeyində  kitab müzakirəsi keçirilib-FOTO
Heydər Əliyev Muzeyində  kitab müzakirəsi keçirilib-FOTO

Həmçinin oxuyun

“Virtual məktəb”də bir həftədə 6 milyona yaxın dərs keçirilib

Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir. Təhsil Nazirliyindən MediAktiv.az-a verilən …