Bazar ertəsi , İyul 26 2021
Home / Digər / Elmi / İmtahanlarda qiymətləndirmə vasitələrinin hazırlanmasında iştirak etmək istəyənlər üçün kurslar keçiriləcək

İmtahanlarda qiymətləndirmə vasitələrinin hazırlanmasında iştirak etmək istəyənlər üçün kurslar keçiriləcək

Dövlət İmtahan Mərkəzində 18 yanvar 2021-ci il tarixindən Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətinə başlayacaq.

Mərkəzdən MediAktiv.az-a verilən məlumata görə, hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsilalan magistrlər də iştirak edə bilərlər.

Qeydiyyat 21 oktyabr 2020-ci il tarixindən 14 yanvar 2021-ci il saat 23.59-dək aparılır.

Həmçinin oxuyun

“Virtual məktəb”də bir həftədə 6 milyona yaxın dərs keçirilib

Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir. Təhsil Nazirliyindən MediAktiv.az-a verilən …