Bazar , Aprel 5 2020
Home / Digər / Elmi / Malayziyada Azərbaycanın aşıq sənətinə dair elmi məqalə dərc edilib

Malayziyada Azərbaycanın aşıq sənətinə dair elmi məqalə dərc edilib

Malayziyanın nüfuzlu elmi tədqiqat nəşrlərindən olan SARE jurnalının (Southeast Asian Review of English) 56-cı cildinin 2-ci sayında ingilis dilində Azərbaycan qadın aşıq sənətinin tarixi nümayəndələrindən Aşıq Bəstiyə həsr olunmuş məqalə dərc edilib.

MediAktiv.az  xəbər verir ki, Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən verilən məlumata görə, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva, Malayziya İslam İncəsənət Muzeyinin əməkdaşı, Azərbaycan mənşəli tədqiqatçı Əmin Əmirdabbaqyan və Malaya Universitetinin elmlər doktoru Krişnavanie Şunmugam tərəfindən qələmə alınmış məqalə “Sazım yardan ötrü fəryad edir” başlığı daşıyır.

Məqalədə əvvəlcə Azərbaycan folklorunun məhək daşı, Dədə Qorqud yadigarı olan aşıq sənətinin əsas xüsusiyyətləri barədə geniş məlumat verilir. Sonra 19-cu əsrə məxsus Azərbaycan qadın aşıqlarının görkəmli təmsilçilərindən olan Aşıq Bəstinin həyat və yaradıcılığından bəhs edilir, onun ifaçılıq və poetik istedadı barədə vacib qeydlər təqdim olunur. Həmçinin Aşıq Bəstinin timsalında Azərbaycan qadınının yüksək keyfiyyətləri, onun nəcibliyi, oxşarsız qabiliyyəti, eləcə də tarixən cəmiyyətdə özünü ifadəetmə azadlığı və ona göstərilən ehtiram oxucuların diqqətinə çatdırılır. Bu səpkidə müəlliflər Aşıq Bəstinin hələ 19-cu əsrdə Azərbaycandakı qadın emansipasiyasının uğurlu nümunələrindən biri olduğuna və həmin dövrdə bunun müsəlman şərqi üçün inqilabi göstərici sayıldığına işarə edərək, xalqımızın tərəqqipərvər xüsusiyyətləri barədə məlumat verirlər.

Həmçinin oxuyun

Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “İnşa” yazı müsabiqəsi keçirilib

13 fevral 2020-ci il tarixində Sədərək rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon ümumtəhsil məktəblərinin …