Şənbə , İyul 11 2020
Home / Digər / Elmi / Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib

Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib

MediAktiv.Az

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin informasiya texnologiyaları ixtisasının IV kurs tələbələri ilə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüşdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 27 iyul 2015-ci il tarixli Sərəncamı ilə bir sıra ixtisasların rabitə və yeni texnologiyalar nazirliyinin hamiliyinə verilməsi ilə bağlı nazirlik tərəfindən görülən işlərdən danışıb. Nazir müvafiq ixtisaslarda təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirildiyini, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün lazımi köməklik göstərildiyini vurğulayıb.
Son illərdə muxtar respublikada yeni texnologiyaların tətbiqi haqqında tələbələrə məlumat verən nazir qeyd edib ki, bu gün heç bir sahəni informasiya texnologiyalarından kənarda təsəvvür etmək mümkün deyil. Dünya təcrübəsi göstərir ki, qısa vaxtda yüksək nəticələr əldə etmək üçün bu sahənin inkişafı və müasir texnologiyaların bütün sahalər üzrə tətbiqi vacib məsələrdən biridir. Sürətli və dayanıqlı inkişaf isə yalnız peşəkar kadrların hesabına mümkündür. Buna görə də əsas məqsədimiz gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələridir. Nazirlikdə istehsalat təcrübəsində fəal iştirak edən və təhsil müəssisələrində yaxşı nəticələr göstərən tələbələr təhsillərini başa vurduqdan sonra işlə təmin olunmaq üçün nazirliyə müraciət edə bilərlər.
Nazir diqqətə çatdırıb ki, nazirliyin dəstəyi ilə mobil operatorlar tərəfindən yaxşı nəticələri olan səkkiz tələbəyə 2019-2020-ci tədris ilində aylıq 200 manat təqaüd verilməsi təmin edilib. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Gələcəyin İKT sahəsindəki toxumları” adlı növbəti müsabiqə keçirilib və seçilən 7 tələbə “Huawei” şirkətinin Şenjen şəhərindəki təlim mərkəzində istehsalat təcrübəsinə göndərilib. Həmçinin Huavei şirkətinin peşəkar mütəxəssisləri tərəfindən Naxçıvan Universitetində yaradılan İKT mərkəzində 3-cü ildir ki, təhsil müəssisələri ilə razılaşdırılmış qrafikə uyğun olaraq şirkətin peşəkar mütəxəssiləri tərəfindən Naxçıvan Dövlət Universiteti və Naxçıvan Universitetində hamiliyə götürülmüş ixtisaslarda təhsil alan tələbələr qarşısında məruzələr təşkil edilir.
Qeyd edilib ki, Mayın 8-də isə nazirliyin mütəxəssislərinin fəal iştirakı ilə Naxçıvan Universitetində “İdeyadan-Biznesə” ümumrespublika startap müsabiqəsi təşkil edilib. Nəticədə Naxçıvan şəhəri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib. Müvafiq olaraq “Peşəkar”, “Caravan Company”, “Pay Port” layihələri qalib seçiliblər. Komandaların yüksək hazırlığını nəzərə alaraq, hər 3 komanda ölkə paytaxtında keçirilən Milli Finalda iştirak ediblər.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hazırlanan “startup.nakhchivan.az” internet portalının təqdimatı olub. Həyatımızın bütün sahəsində innovativ həllərin tətbiqinin zəruri olduğu bir dövürdə Startap portalının həyata keçirilməsi çox uğurlu təşəbbüsdür. Bu portal muxtar respublikamızda milli startap infrastrukturunu inkişaf etməsinə, yeni biznes inqubatorların yaradılmasına kömək edəcək və startapçılar arasında əlaqələrin gücləndirilməsinə xidmət edəcəkdir. Portal tələbələrin yaradıcı düşünmə, yeni ideyaların ortaya çıxarılması, mövcud məsələlərə fərqli yanaşma üslübü kimi potensiallarının üzrə çıxarılmasında mühüm rol oynayacaqdır
Görüşdə Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, nazirliyin iqtisadiyyat və mühasibat uçotu şöbəsinin aparıcı məsləhətçisi Sahil Quliyev, nazirliyin efirə nəzarət və radiotezliklərinin qeydiyyatı şöbəsinin məsləhətçisi Rəfiqə Əmirova, tələbələr Aytən Seyidova və Musa Məhərrəmov istehsalat təcrübəsinin əhəmiyyətindən danışıb, belə tədbirlərin tələbələrin praktiki biliklər əldə etməsində böyük əhəmiyyəti daşıdığını vurğulayıblar.

Həmçinin oxuyun

Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarının qalibləri bəlli oldu

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə keçirilən Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi …