Bazar , Aprel 18 2021
Home / Digər / Elmi / Naxçıvan” Universitetində “Dictionary of Economics” lüğətinin təqdimatı olub-FOTO

Naxçıvan” Universitetində “Dictionary of Economics” lüğətinin təqdimatı olub-FOTO

Naxçıvan” Universitetində  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Hüseyn Bağırsoylunun   “Dictionary of  Economics”  lüğətinin təqdimat mərasimi keçirilib.

Universitetin mətbuat xidmətindən MediAktiv.az-a verilən məlumata görə, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə  ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent  Nurlana Əliyeva açaraq   müəllifi təbrik edib. Rektor qeyd edib ki, hazırda Naxçıvan Muxtar Respublikasında olan ali təhsil ocaqlarında iqtisadiyyat və iqtisadiyyat yönümlü ixtisasların ingilis dilində tədrisi ilə  bağlı müvafiq işlər görülür.Yeni nəşr olunan dərs vəsaiti  “Dictionary of  Economics” lüğəti də bu yöndə görülən işlərin davamıdır. Rəyçisi Dr. Bəhman Amani olan lüğətdə ingilis dilindən Azərbaycan dilinə və Azərbaycan dilindən ingilis dilinə tərcümə olunan iqtisadi termin və ifadələr öz əksini tapmışdır.

Daha sonra  İdarəetmə kafedrasının professoru, iqtisad üzrə elmlər doktoru Mehdi Bağırovun, Xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin, İqtisadiyyat kafedrasının dosenti,iqtisad üzrə fəlsəfə doktoru Ceyhun Mahmudovun çıxışları dinlənilib.

Bildirilib ki, lüğət təhsil həyatımızda tez-tez istifadə  olunan iqtisadiyyat  yönümlü ingilis və Azərbaycan sözləri, ifadələri və terminləri eyni zamanda ana dilimizə tərcümələri ilə əhatə olunub.  Lüğətdə təqdim olunan 5000 söz və terminlər iqtisadiyyat sahəsindəki  mütəxəssislər tərəfindən  daha çox istifadə edilən 20000 söz və ifadə arasından seçilmişdir. Lüğət izahlı və öyrədici xüsusiyyəti  ilə iqtisadiyyatla maraqlanan  tələbələr,müəllimlər və digər insanlar üçün nəzərdə tutulmuşdur.

Sonda müəllif çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Həmçinin oxuyun

“Virtual məktəb”də bir həftədə 6 milyona yaxın dərs keçirilib

Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir. Təhsil Nazirliyindən MediAktiv.az-a verilən …