Çərşənbə , Sentyabr 23 2020
Home / Digər / Elmi / Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “İnşa” yazı müsabiqəsi keçirilib

Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “İnşa” yazı müsabiqəsi keçirilib

13 fevral 2020-ci il tarixində Sədərək rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında ” 21 fevral Ana dili ” günü ilə əlaqədar “İnşa” yazı müsabiqəsi keçirilib.
MediAktiv.az  xəbər verir ki, müsabiqə rayonun ​ ümumtəhsil məktəblərinin IX-XI​ sinif​ şagirdləri​ arasında​ keçirilib. Keçirilən inşa yazı müsabiqəsində rayon Təhsil şöbəsinin əməkdaşlarıda iştirak edib. Müsabiqədə çıxış edən Təhsil şöbəsini metodkabinetinin müdiri Bulud Bağırlı şagirdlərə uğurlar arzulayıb.
Daha sonra qaliblər aşağıdakı qaydada müəyyən olunub.
​ Sədərək kənd 1 nömrəli tam orta məktəbi üzrə ​I yer Bağırova Firuzə Sahib qızı, II yer Quliyeva Şəfa Murad qızı və III cü yer Əsgərova Əfsanə Əli qızı , Sədərək kənd 2 nömrəli tam orta məktəbi üzrə ​ I yerə ​Vəliyeva Nurtən Həmzə qızı, II yerə Qasımova Seyran Kamran qızı, III yerə isə Şahhüseynova Aytən Fazil qızı, Heydərabad qəsəbə tam orta məktəbi üzrə I yerə Kazımova Səriyyə Əzim qızı, II yerə Bayramlı Şəfayət Kamal qızı, III yerə Əlizadə Gülçin Eldəniz qızı və Qaraağac kənd tam orta məktəbi üzrə I yerə Mehdiyev Nurlan Əli oğlu, II yerə İbrahimli Tərlan Asəf qızı, III yerə isə əlizadə Nihad Elçin oğlu layiq görülüblər.

​ ​İnşa yazı müsabiqəsinin qalibləri təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıb.

Həmçinin oxuyun

“Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiyanın təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə …