Çərşənbə axşamı , Aprel 7 2020
Home / Digər / Elmi / Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunub

Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunub

MediAktiv.Az

9 dekabr 2019-cu il tarixdə gənclərin tarixi abidələrlə yaxından tanış olması, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılması, uşaq və yeniyetmələrin asudə vaxtlarının daha səmərəli təşkili məqsədilə Şahbuz Rayon Gənclər və İdman İdarəsinin, YAP Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Uşaq Gənclər İdman məktəbinin və Karate-do Federasiyasının Şahbuz rayon bölməsinin idmançılarının Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbir başlamazdan əvvəl Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanov tədbirin məqsədi haqqında şagirdlərə geniş məlumat vermişdir. Sonra muzeyin direktoru Xavər Ələsgərli idmançılara tariximizi əks etdirən eksponatlar haqqında ətraflı məlumat vermiş və onları maraqlandıran sualları cavablandırmışdır.

Həmçinin oxuyun

Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “İnşa” yazı müsabiqəsi keçirilib

13 fevral 2020-ci il tarixində Sədərək rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon ümumtəhsil məktəblərinin …