Çərşənbə , Fevral 19 2020
Home / Digər / Elmi / Təhsil Nazirliyindən “Son zəng”lə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən “Son zəng”lə bağlı AÇIQLAMA

Hər il olduğu kimi, bu il də “Son zəng” tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumi təhsil məktəblərində təşkil ediləcək.

Mediaktiv.az Milli.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 2017-ci ildə də ümumi təhsil məktəblərində “Son zəng” tədbirləri iyunun 14-də keçiriləcək.

Bu il Azərbaycanda respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir.

2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.

Həmçinin oxuyun

Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “İnşa” yazı müsabiqəsi keçirilib

13 fevral 2020-ci il tarixində Sədərək rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon ümumtəhsil məktəblərinin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir