Şənbə , İyul 11 2020
Home / Digər / Elmi / Yeniyetmə və gənclərə “Gizli istiqlalçılar” filmi nümayiş olunub

Yeniyetmə və gənclərə “Gizli istiqlalçılar” filmi nümayiş olunub

12 fevral tarixində Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Babək rayon Mədəniyyət evində yeniyetmə və gənclərin vətənpərvərlik və vətandaşlıq hissinin yüksəldilməsi, onların Azərbaycanın şanlı hərb tarixi ənənələri ilə tanış olmalarına şərait yaratmaq məqsədi ilə “Gizli istiqlalçılar” filminin nümayişi keçirilib.

MediAktiv.az xəbər verir ki, Babək Abbaszadənin, Nicat Məmmədovun rejissorluğu ilə çəkilən film bolşevik işgalından sonra Cəfər Cabbarlının evində yaradılmış, Mirzə Bala Məmmmədzadənin rəhbərlik etdiyi təşkilatdan, “İstiqlal” qəzetinin yaradılmasından, müqavimət hərəkatının sonrakı fəaliyyətindən, azadlıq mücahidlərinin son nəfəslərinə qədər müstəqillik uğrundakı mübarizəsindən bəhs edir.
Film nümayişində 200-ə yaxın yeniyetmə və gənc iştirak edib.

Yeniyetmə və gənclərə "Gizli istiqlalçılar" filmi nümayiş olunub-Foto
Yeniyetmə və gənclərə "Gizli istiqlalçılar" filmi nümayiş olunub-Foto

Həmçinin oxuyun

Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarının qalibləri bəlli oldu

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə keçirilən Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi …