Bazar ertəsi , Oktyabr 18 2021
Home / Digər / Ermənistanda məmurlar Paşinyana dəstək mitinqində iştiraka məcbur ediliblər

Ermənistanda məmurlar Paşinyana dəstək mitinqində iştiraka məcbur ediliblər

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin əməkdaşlarını respublikanın baş naziri Nikol Paşinyanın tərəfdarlarının mitinqində iştiraka məcbur ediblər.

MEDIAKTIV.AZ xəbər verir ki, bununla bağlı faktları “Pastinfo” üzə çıxarıb.

Agentlik Dövlət Gəlirləri Komitəsinin mitinqdə iştirak edən yüksək vəzifəli şəxslərinin fotolarını yayıb. Bunlar komitənin rəhbəri Eduard Ovannisyan, Daxili Təhlükəsizlik İdarəsini rəisi Ercanik Akopyan, Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini Vardan Sarkisyan və digər vəzifəli şəxslərdir.

Qeyd edilir ki, Nikol Paşinyan tərəfindən çağırılmış mitinqdə maksimum 10 000-ə yaxın insan iştirak edib. “Və bütün bunlar inzibati resursdan istifadə ilə reallaşıb. Həm də təhlükəsizlik orqanlarının əməkdaşları kifayət qədər böyük sayda idilər”, – “Pastinfo” qeyd edib.

Həmçinin oxuyun

Xocavənddə ermənilərin atıb qaçdığı sursat aşkarlanıb

İşğaldan azad edilən ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, düşmənin qaçarkən atdığı silah-sursatın tapılıb …