Şənbə , May 15 2021
Home / Digər / Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb

Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb

Ermənistan istintaq komitəsi bu ölkənin İsraildəki səfiri Armen Smbatyana ittiham irəli sürüb.

MEDIAKTIV.AZ-ın erməni KİV-lərinə istinadən məlumatına görə, səfir 2006-2007-ci illərdə mədəniyyət naziri olmuş Asmik Poqosyana iri məbləğdə pulların yuyulmasında kömək etməkdə ittiham olunur.

Qeyd olunur ki, hazırda səfir olan A.Smbatyan həmin dövrdə Yerevanın mərkəzində yerləşən binanın və torpaq sahəsinin nazirin müəssisəsinin mülkiyyətinə keçirməkdə kömək edib.

Həmin torpaq sahəsi 550 min dollara A.Poqosyana məxsus olan və Britaniya Virgin adalarında qeydiyyatdan keçirilmiş şirkətə satılıb.

Həmçinin oxuyun

Ermənilər arasında atışma olub, xəsarət alan var

Ermənistanın paytaxtı Yerevanda atışma olub. Bu barədə MEDIAKTIV.AZ Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir …