Bazar , Sentyabr 19 2021
Home / Digər / Füzulidə silah-sursat aşkar edilib

Füzulidə silah-sursat aşkar edilib

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan MEDIAKTIV.AZ-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının bu günlərdə keçirdikləri daha bir nəzarət-profilaktiki tədbir uğurla nəticələnib.

Polis əməkdaşları rayonun işğaldan azad edilmiş ərazilərində 5 avtomat, 1 pulemyot, 2 qumbaraatan, 14 müxtəlif markalı qumbaralar, silah sandıqları, əleyhqazlar, alışdırıcılar, eləcə də 985 ədəd ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin oxuyun

Əmək vizası kimlərə verilir?

Qanunvericiliyə əsasən əmək vizası Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan …