Çərşənbə , Noyabr 13 2019
Home / Digər / Gələn il hansı rənglər dəbdə olacaq?

Gələn il hansı rənglər dəbdə olacaq?

Hər bir zövqlü xanım çalışır ki, dəblə ayaqlaşsın. Yeni trendlərdən dərhal xəbərdar olsun və onu geyimlərinə tətbiq etsin. Həmçinin diqqət etdikdə görürük ki, moda jurnallarında, verilişlərində xanımların geyimi ilə bağlı yeniliklərə daha çox yer verilir. Halbuki əksər bəylər də zövqlə geyinməyi sevir və yeni trendlərlə maraqlanırlar. Bəs görəsən 2018-ci il kişi geyimlərində hansı üslublar, rənglər ön plana çıxacaq?

 

Yaşlı kişilər də rəngli geyimlərdən istifadə edir

 

Bu suallara aydınlıq gətirən məşhur modelyer Gülnarə Xəlilova  bildirir ki, son illər kişi geyimlərində çox rəngarənglik var: “Əlbəttə ki, burada klassikanı sevən bəylərimiz yenə də öz üslublarına sadiq qalırlar. Klassik geyim nümunələri hər zaman gündəmdədir, aktualdır, bunun dəbi yoxdur. Buna baxmayaraq, kifayət qədər rəngarənglikdən istifadə edən bəylərimiz də var. Xüsusilə də dəb azarkeşi olan gənclər, bəzən orta yaşlı insanlar da bu seçimi edirlər. Hətta deyərdim ki, bəzən orta yaşdan yuxarı insan da rəngli geyimlər geyinir. O, yaşını özünə kompleks saymır və hansısa rəngli köynəkdən, ya da şalvardan imtina etmir”.

Kök rəngi bu mövsüm çox aktualdır

 

Modelyer məlumat verir ki, ümumiyyətlə, bütünlükdə götürdükdə çox rəng tonları var ki, bəylərin geyimində gündəmdədir. Burada xardal, göy, sarı, qırmızı rənglərdən istifadə olunur. Bununla yanaşı, kök rəngi bu mövsüm çox aktualdır. Bəylərin geyimi üçün naxışlı parçalardan istifadə olunur. Bu, hansısa etnik üslub ola bilər: “Etnik üslub dedikdə hansısa bölgələrin tanınan və bilinən naxışlarının istifadəsindən söhbət gedir. Üslub olaraq həm idman, həm retro geyimlər, yəni keçmişdə olan geyim nümunələrinə yeni baxış formaları da aktualdır”.

 

Bəylərin ayağında çox zaman corab görmürük

Həmçinin oxuyun

Ali təhsil müəssisələrinin boş qalan plan yerləri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 8-ci nömrəsini nəşr edib. Mərkəzdən Mediaktiv.az-a verilən məlumata görə, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir