Çərşənbə axşamı , İyun 18 2019
Home / Digər / İncəsənət / Əsəri Marqaret Tetçerin şəxsi kolleksiyasında saxlanan azərbaycanlı rəssam – VİDEO

Əsəri Marqaret Tetçerin şəxsi kolleksiyasında saxlanan azərbaycanlı rəssam – VİDEO

Gəncənin qədim məhəllərindən birindəki evində illərdir sənəti ilə baş-başa qalan Faiq Abdullayev Bakıda və Sankt-Peterburqda peşəkar rəssamlıq təhsili alıb.

Rəngkarlıq və boyakarlığın ən böyük ustadlarının sənətini mənimsəyib. Odur ki, özü də sensasiya sayıla biləcək işlər yaradır.

Mediaktiv.az Milli.Az-a istinadən bildirir ki, qocaman rəssam daim araşdırmalara meyl etdiyindən bəzi vacib tarixi faktları da aşkara çıxarıb. Məsələn, müəyyən edib ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı ölkəmizdə simaca yanlış tanıyırlar.

Onun yaradıcılığı ilə bağlı başqa bir maraqlı məqam isə tablolarından birinin İngəltərənin keçmiş baş naziri Marqaret Tetçerin şəxsi arxivində saxlanmasıdır. O,1992 ildə Bakıya gələndə Azərbaycan sənətkərlarının əl işləri ilə maraqlanıb. Britaniyaya qayıdanda Bakıdan aldığı Faiq Abdullayevin müəllifi olduğu rəsm əsərini özü ilə götürüb və həmin əsəri şəxsi kolleksiyasına daxil edib.

Faiq Abdullayev gənclikdə rəssamlıqla maraqlanarkən həm də vokal sənətinə maraq göstərib. Bu sahə üzrə təhsil almasa da səsi həmişə rəğbət görüb. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:
Əsəri Marqaret Tetçerin şəxsi kolleksiyasında saxlanan rəssam

Həmçinin oxuyun

Təmsilçimiz bu gün səhnəyə çıxacaq – ilk yarımfinal – VİDEO

Kiyevdə keçirilən “Eurovision 2017” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Diana Hacıyeva (Dihaj) bu gün ilk …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir